Bu, İsrailin yanlış istiqamətdə atdığı ciddi addımdır Makron

19.03.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin HƏMAS ilə atəşkəsin əldə olunmasından sonra Qəzza zolağına yenidən hücumlar etməsi yanlış istiqamətdə atılmış ciddi addımdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə İordaniya kralı II Abdullah ilə danışıqlar ərəfəsində bildirib.

"Dünən İsrailin vasitəçilərin səylərinə baxmayaraq yenidən hücuma keçməsi dramatik bir geriləmədir. Bu, yenidən bombardman dəhşətinə qərq olan Qəzzadakı fələstinlilər üçün dramatikdir. Həmçinin, girov götürülmüş (israillilər) və onların ailələri üçün də dramatikdir, çünki onlar qeyri-müəyyənliyin kabusunda yaşayırlar", - o əlavə edib.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatı bərpa edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью