Bu istiqamətdə daha 10 avtobus xəttə buraxılacaq

06.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 7-dən Masazır qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən “King Long” markalı avtobus cəlb edilir.

Globalinfo.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənmişdir. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью