Bu istiqamətdə hərəkət edən avtobusun yolu DƏYİŞDİRİLDİ

16.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью