Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Sabah Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.