Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan yolların siyahısı belədir: Sərfəli qiymətə məhsullar
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
Heydər Əliyev prospektinin əsas yolu, şəhər mərkəzi istiqamətində;
Heydər Əliyev prospektinin köməkçi yolu, şəhər mərkəzi istiqamətində;
Yusif Səfərov küçəsi, şəhər mərkəzi istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində.
Sürücülərə yola çıxarkən qeyd olunan sıxlıq nöqtələrini nəzərə almaları tövsiyə olunur.