Bu istiqamətlərdə qatarlar niyə gecikir? Açıqlama

07.08.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda Bakı-Xırdalan istiqamətində qatarların hərəkətində 40 dəqiqəyədək gecikmə müşahidə edilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, gecikmələr Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədardır.

“Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq. Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью