Bu istiqamətlərə əlavə qatar reysləri təyin olundu

13.12.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 3 yanvar tarixində Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edib.

ADY-dən Milli.Az-a verilən məlumata görə, 30 dekabr tarixində də bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.

Eyni zamanda, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью