Bu ixtisasın təhsil haqqı artırıldı

16.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı artırılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yeni tədris ilindən etibarən həmin ixtisas üzrə illik ödəniş 7600 manat təşkil edəcək.

Qeyd edək ki, indiyədək hüquqşünaslıq ixtisasında illik təhsil haqqı 5500 manat olub. Beləliklə, ödəniş məbləği 2100 manat artırılıb.

Dəyişikliyin daha öncə universitetə qəbul olan tələbələrə də şamil ediləcəyi bildirilir.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью