Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu il ixtisaslar üzrə keçid ballarının artması və ya azalması məsələsi hələ dəqiqləşməyib.
Bu barədə məlumatı blok imtahanlarının nəticələrindən sonra əldə edəcəyik.
Hazırda abituriyentər arasında apardığımız sorğuya əsasən, bu ilin imtahan nəticələri ötən illərinkindən daha uğurludur.
Bu isə buraxılış imtahanı nəticələrinin yüksək olacağını göstərir".Bakupost.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib.O qeyd edib ki, əsasən, 5-i ixtisas qrupu və 11 illik orta təhsil bazasından qəbul zamanı ixtisaslar üzrə formalaşan keçid ballarında artım müşahidə ediləcək."Bu proqnozu niyə söyləyirik?
Çünki hər iki istiqamət üzrə qəbul yalnız buraxılış imtahanı nəticələrinə əsasən həyata keçirilir.
Bu il ali təhsil müəssisələrinə müraciət edənlərin sayı kifayət qədər çoxdur.
Hətta deyərdim ki, son illər ərzində qeydə alınmış ən yüksək göstəricidir.