Bu ixtisaslarda ballar arta bilər Abituriyentlərin diqqətinə

22.02.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu il prestijli ixtisaslarda ballar arta bilər"

Metbuat.az xəbər verir ki, bunu “ XəzərXəbərə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirrib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью