Bu, iyrənc deyilmi? Zaxarova

13.02.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyi-nin sözçüsü Mariya Zaxarova Almaniya kansleri Fridrix Merzin dünya nizamının çökməsi ilə bağlı açıqlamasını tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomat Teleqram kanalında bildirib. Onun sözlərinə görə, Rusiya təxminən iyirmi ildir Qərb ölkələrini, o cümlədən Berlini, beynəlxalq sistemdə baş verən dağıdıcı proseslər barədə xəbərdar edib.

Zaxarova qeyd edib ki, hazırkı böhran Qərbin yazılmamış “qaydalar” xeyrinə beynəlxalq hüquq normalarına riayət etməkdən imtina etməsinin nəticəsidir.

Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə beynəlxalq hüquqa əsaslanan dünya nizamı mövcud olub, lakin NATO-nun fəaliyyəti nəticəsində bu sistem zəifləyib.

“İndi onlar yeni təlimatlar paylayıblar və onları oxumaq üçün danışan başlar göndəriblər…. Merzə bənzəmək iyrənc deyilmi?”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью