Bu jurnalistə qarşı cinayət işi AÇILDI

17.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada jurnalist Kseniya Larinaya qarşı terror fəaliyyətinə açıq çağırışlarla bağlı cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, əsl adı Oksana Barşeva olan jurnalist barəsində Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi – terror fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlar maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluğun məlumatına görə, Barşeva messencerlərdən birində yayımlanan müsahibəsində Moskva ərazisində terror aktlarının törədilməsinə açıq çağırışlar edib.

“İstintaqın gedişi prokurorluğun nəzarətindədir”, – məlumatda bildirilib.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью