Bu jurnalistlər saxlanıldı Ölkəyə qanunsuz pul gətirmək ittihamı irəli sürülüb | Icma.az
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirib.
Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.
*** "Meydan TV"nin əməkdaşları - jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko, Natiq Cavadlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Ramin Deko qanunsuz maliyyə gətirməkdə ittiham olunur.
"Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb", - deyə DİN-in məlumatında qeyd olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu