Bu kartı olanlar avtobus və metroya 1 qəpik ödəyəcək!

25.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” – “Barselona” oyunu ilə bağlı azarkeşlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq.

“Yeni Sabah” xəbər verir ki, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması münasibətilə BakıKart və Mastercard xüsusi kampaniyaya start verir.

Kampaniya çərçivəsində noyabrın 25-i saat 18:00-dan noyabrın 26-sı saat 01:00-dək ictimai nəqliyyatda gediş haqqı cəmi 1 qəpik təşkil edəcək. Onlayn mağaza

Güzəştdən yerli və xarici banklar tərəfindən buraxılmış Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə NFC ödənişi edən sərnişinlər yararlana biləcəklər.

Kampaniya Bakı ərazisində təmassız ödənişin mümkün olduğu metro və avtobuslarda keçərlidir. Gediş sayına isə heç bir məhdudiyyət qoyulmur.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью