Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər Gülməli vəziyyət VİDEO

12.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda hərəkətin təşkilindəki nöqsanla bağlı sürücülərdən biri qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib.

Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Ramana–Maştağa yolundan (Şuşa–Malıbəyli yolundan) gedir. Belə ki, 2.5 "stop" nişanı piyada keçidinin düz qarşısında quraşdırılıb və sürücülərin dayanmadan hərəkəti qadağan edilib.

Görüntünü qeydə alan sürücü əvvəlcə həmin yerdə yolayrıcının olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, nişan sürücülərin piyada keçidinin qarşısında məcburi dayanmasını təmin etmək məqsədilə quraşdırılıb.

Qeyd edək ki, qanunvericilikdə "Stop" nişanının bu formada tətbiqi nəzərdə tutulmayıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью