Bu kənddə 26 ildir ölmək qadağandır

30.07.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın Lanjaron şəhərindəki, təxminən 4000 nəfər əhalisi olan kənddə 26 il əvvəl verilən qərar yenidən gündəəm olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 1999-cu ildə sözügedən şəhərin o vaxtkı meri Jose Rubio qəbiristanlığın tutumuna çatması səbəbindən kənddə "ölüm qadağası" elan edib. Zamanın keçməsinə baxmayaraq, bu qəribə qadağa qüvvədə qalır.

Kənd qəbiristanlığı dolanda və çoxsaylı müraciətlərə baxmayaraq, lazımi genişləndirmə işləri aparıla bilməyəndə Rubio bu müvəqqəti həlli həyata keçirib.

Həmin vaxt mətbuata açıqlama verən bələdiyyə sədri bu qərarı simvolik xəbərdarlıq olduğunu deyib:

"Mən sadəcə bələdiyyə sədriyəm; Allah mənim üstümdədir, hər şeyi o idarə edir" - deyib.

Bu təcrübənin ictimaiyyət tərəfindən zarafat kimi qəbul edildiyi və kənd sakinlərinin hətta könüllü olaraq buna əməl etdiyi bildirilir.

26 ildən sonra Lanjaronda hələ də yalnız bir qəbiristanlıq var. Qəbiristanlığın genişləndirilib-genişləndirilmədiyi bəlli deyil.

Mikayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью