Icma.az, 525.az portalına istinadən məlumat verir.
ABŞ-də, Texas ştatının sakini Robin Yerian Dallas yaxınlığında kiçik bir kənd salıb.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, kənddə ancaq tənha qadınlar yaşaya bilərlər.
71 yaşlı Yerian layihə üçün 150 min dollar xərcləyib və bir neçə bağ evi tikdirib. İndi isə həmin evləri kirayəyə verir. 1 evin aylıq kirayə haqqı 450 dollardır.
Hazırda kənddə 52 yaşından yuxarı 12 qadın yaşayır. Onların hamısı tənhadır - ya boşanıblar, ya ərə getməyiblər, ya da dul qalıblar. Qadınlar birgə yemək hazırlayır, istirahət edir və dərdləşirlər. Bununla da onlar bir-birilərinə dəstək olurlar.
Qeyd edək ki, kənddə yaşamaq istəyənlərin sayı həddən artıq çoxdur. Yerianın sözlərinə görə, ötən ay evlərdən biri boşaldıqda ona 500-dən çox müştəri müraciət etmişdi. Seçim isə sahibə ilə söhbətdən sonra seçilmişdi.
L.Tağıyeva