Bu kənddə hamının adı EYNİDİR: kişilərin də, qadınların da VİDEO

08.03.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Samsun şəhərində yerləşən Mısmılağaç və Universitet məhəllələrində maraqlı bir ənənə diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu məhəllələrdə yaşayan kişilərin əksəriyyətinə Yahya, qadınlara isə Sati adı verilir. Eyni adların geniş yayılması səbəbindən sakinlər bir-birini adla deyil, daha çox ləqəblərlə fərqləndirirlər.

Bildirilir ki, illərdir davam edən bu ənənə artıq məhəllənin özünəməxsus xüsusiyyətinə çevrilib. Yerli sakinlər gündəlik həyatda qarışıqlıq yaranmaması üçün insanları müxtəlif ləqəblərlə çağırmağa üstünlük verirlər.

Bu maraqlı fakt sosial mediada da müzakirələrə səbəb olub və bir çox istifadəçi belə bir ənənənin necə formalaşdığı ilə maraqlanıb.

Musa
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью