Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Nevşehir şəhərinin kəndlərinin birində Ramazan ayı ilə bağlı fərqli ənənə formalaşıb. Kənd muxtarının qərarına əsasən, sakinlər evlərində iftar hazırlamır, hər axşam birgə süfrə arxasında toplaşırlar.
Demokrat.az xəbər verir ki, beş ildir tətbiq olunan bu qayda pandemiya dövründə ehtiyacı olan ailələrə dəstək məqsədilə başlayıb. Zamanla təşəbbüs ənənəyə çevrilib. Hazırda kənddə hər gün təxminən 700 nəfərlik iftar süfrəsi açılır. Yeməklər imecə üsulu ilə hazırlanır və kənd meydanında qurulan böyük süfrələrdə təqdim olunur. Meydana gələ bilməyən yaşlıların və işləyənlərin payı isə evlərinə çatdırılır.
Kənd muxtarı Nihat Ateş bildirib ki, əsas məqsəd birlik və həmrəyliyi gücləndirməkdir. Onun sözlərinə görə, əvvəllər hər kəs iftarı öz evində edirdi, indi isə bütün kənd bir araya gəlir. Ramazan ayı ərzində evlərdə yemək bişirilməməsi artıq kənd üçün mənəvi dəyərə çevrilib.
Kəndin din xadimi İbrahim Aktaş da qeyd edib ki, kollektiv iftar süfrələri həmrəyliyi artırır. O bildirib ki, kəndə gələn qonaqlar, tələbələr və asayişi qoruyan əməkdaşlar da bu süfrəyə dəvət olunur. Sakinlər isə bu ənənənin hər il səbirsizliklə gözlənildiyini və onlara xüsusi sevinc bəxş etdiyini deyirlər.
Həmçinin oxu:
'Gecədən səhərə qədər üstümə təcili yardım gəlib' — Kənan MM
'Zülmlə ev almışam, ərimi harada yerləşdirim?'
'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'
İslam
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, beş ildir tətbiq olunan bu qayda pandemiya dövründə ehtiyacı olan ailələrə dəstək məqsədilə başlayıb. Zamanla təşəbbüs ənənəyə çevrilib. Hazırda kənddə hər gün təxminən 700 nəfərlik iftar süfrəsi açılır. Yeməklər imecə üsulu ilə hazırlanır və kənd meydanında qurulan böyük süfrələrdə təqdim olunur. Meydana gələ bilməyən yaşlıların və işləyənlərin payı isə evlərinə çatdırılır.