Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Qubadlı rayonunun Mahruzlu kəndinin sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 26 milyon 425 min 192 manat təşkil edir.
Məlumat üçün bildirək ki, Qubadlı rayonunun Mahruzlu kəndinin təməli ötən ilin may ayında qoyulub.
Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir.
Gələcəkdə bu kənddə 2 700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb.
Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.