Bu kənddə nə qaz var, nə də yol... VİDEO

13.04.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

50 il əvvəl Bakıda tanış olub evlənən, bu gün yaşları 90-nı haqlayan Ağamoğlan Nəbiyev və Gülfəruz Xusainova Lerikin Tikəband kəndində yaşayırlar.

Modern.az İTV-yə istinadən xəbər verir ki, cütlüyün 3 övladı, 17 nəvələri, 15 nəticələri var.

Gümrah, sağlam və xoşbəxtdirlər. Deyirlər ki, indiyədək təbii olmayan heç nəyi yeməyiblər. Özləri əkib-becərir və kənd məhsulları ilə qidalanırlar.

Təəssüf ki, Tikəband kəndinin güzəranı bu şirin cütlük kimi xoşbəxt deyil. Kənd sakinləri yolsuzluqdan və qazın yoxluğundan əziyyət çəkirlər.

Ətraflı aşağıdakı reportajda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью