Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bolqarıstanın Malko Tırnovo şəhərində və İstranca dağlarının ətəklərində yerləşən kəndlərdə məskunlaşaraq iqtisadi fəaliyyətə başlayan şəxslərə 25 min avroyadək geri qaytarılmayan qrant dəstəyi təqdim olunur.
Bakıvaxtı.az xəbər verir ki, qrant proqramında üzvi kənd təsərrüfatı, arıçılıq, qonaq evi fəaliyyəti, ekoturizm və ənənəvi istehsal layihələrinə üstünlük verilir.
Müraciət üçün Avropa İttifaqı vətəndaşlığına və ya Bolqarıstanda qanuni yaşayış və şirkət qurmaq hüququna malik olmaq, müəyyən edilmiş kənddə faktiki yaşamaq, eləcə də layihəni ən azı bir neçə il davam etdirmək şərtləri tələb olunur.