Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın Krakov şəhəri yaxınlığında yerləşən Suloşova (Sułoszowa) kəndinin bütün sakinləri bir küçədə yaşayır.
Bizim.Media xəbər verir ki, uzunluğu 9 kilometr olan küçə boyunca yerləşən evlərdə ümumilikdə 3400-ə yaxın şəxsin məskunlaşıb.
Hər bir evin arxa hissəsində isə müxtəlif kənd təsərrüfatı məhsullarının əkildiyi dar və uzun torpaq sahələri uzanır.
Yüzillər əvvələ — 1315-ci ilə gedib çıxan tarixi olan bu planlaşdırma sakinlərə həm əsas yola birbaşa çıxış, həm də evlərindən birbaşa öz əkin sahələrinə keçid imkanı verir.
Kəndin gündəlik həyatı da tamamilə bu küçə üzərində qurulub. Marketlər, çörək sexi, bank filialı və tibb məntəqəsi kimi əsas xidmət obyektləri məhz həmin əsas yol boyunca yerləşir. Kəndin bir başından digər başına piyada getmək istəyənlər isə 9 kilometrdən artıq məsafə qət etməli olurlar.
Bizim.Media