Bu kəndin sakinləri qaza həsrətdirlər VİDEO

26.08.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İsmayıllı rayonunun Bəhliyan kənd sakinləri ərazidə təbii qazın olmamasından şikayətçidirlər.

"Bakupost" xəbər verir ki, mavi yanacağın yoxluğu, xüsusilə, qış aylarında ciddi çətinliklər yaradır, kəndlilər istilik tələbatını ödəmək üçün uzaq məsafələrdən quru odun daşımağa məcbur olurlar.

Çətin vəziyyətdə qalan kəndlilər həyətlərindəki meyvə ağaclarını kəsərək yandırırlar, bu da bölgədə kənd təsərrüfatına və meyvəçiliyə ciddi zərər vurur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью