Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində modul tipli məktəb binalarının quraşdırılması nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı satınalma elan edib.
Layihə çərçivəsində kəndlərdə 90 şagird yerlik məktəb binasının tikintisi planlaşdırılır.
Qeyd edək ki, kənd yerlərində modul tipli məktəblərin quraşdırılması təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, şagirdlərin təhsilə əlçatanlığının artırılması və daha münasib tədris şəraitinin yaradılması baxımından əhəmiyyət daşıyır.