Bu kəsişmədəki yol nişanı ağacın yarpaqları ilə örtülüb Sürücülər çətinlik çəkir FOTO

02.06.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Volodarski ilə Böyük İpək yolu küçələrinin kəsişməsində məlumatlandırıcı nişan görünməz vəziyyətdədir.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Belə ki, sözügedən kəsişmədə quraşdırılan 5.8.1 nişanı (Zolaqlarda hərəkət istiqamətləri) irigövdəli ağacların yarpaqları ilə örtülüb. İzləyicinin sözlərinə görə, yol nişanı uzun müddətdir ki, bu haldadır. Nəticədə yolayırıcına yaxınlaşan sürücülər ya nişanı son anda görürlər, ya da diqqət etmədikləri üçün qayda pozuntusu törədirlər. Xüsusilə ərazidən ilk dəfə keçən sürücülər üçün çətinlik yaradır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью