Bu kimi hallar bütün məktəbləri, rəhbərlikləri məcbur edir ki, bal qovsunlar Məzahir Məmmə…
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri
Amma 700 bal toplayan abituriyent yoxdur. Bəs bunun əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, yenə məsələ ilə bağlı ikili fikir yaranıb: "Bəziləri Dövlət İmtahan Mərkəzinin sisteminin düzgün qurulmadığını, bəziləri isə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə məsələni əlaqələndirirlər.
Mənim üçün mütləq deyil ki, abituriyent 700 balı yığmalıdır. Yetər ki, o kifayət qədər bilikli, savadlı olsun.
Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda ümumi təhsil məktəblərinin reytinqini məhz yüksək bal toplayan şagirdlərlə ölçürlər.
Hansı məktəb neçə 700 ballıq şagird yetişdirib". Onun sözlərinə görə, bu kimi hallar bütün məktəbləri, rəhbərlikləri məcbur edir ki, bal qov
"Yarışa girirlər ki, kimin şagirdi daha çox bal topladı. Bu il bu qruplarda 700 bal olmadı. Amma bunu faciə hesab etmirəm.
Düşünürəm ki, bu sistem bir qədər təkmilləşsə, uşaqlar bir qədər sakit ruhla imtahana girsələr, özlərini doğrulda biləcək qədər bal toplaya bilərlər.
Tam oxu
Xəbəri oxu