Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Problemli kreditlərin həcminin artması əsasən ödəmə qabiliyyətinin zəifliyi ilə izah olunur. Bu kimi kreditlər əsasən yüksək məbləğdə olur və kredit götürən şəxsin tək gəlir qaynağı ilə bağlıdır”.
İqtisadçı ekspert Günay Hüseynova bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, borc yükünün artmasının arxasında digər bir səbəb isə illər əvvəl xarici valyutada kredit götürən şəxslərin borcunun artması və illərlə ödəməməsi ilə bağlıdır:
«Fikrimcə, əgər rəsmi, sənədli və ehtiyacını isbat edən sənədlər varsa, bu zaman şəxsə kredit ayrılsın. Əvvəlki həcmi artmış kreditlərlə bağlı isə bankın daxili qaydaları və müraciət əsasında məhkəmə qaydasında faizlərin müəyyən hissəsinin silinməsi mümkündür”.
Sevinc Qarayeva