Bu kimi reklamlara aldanmayın

28.04.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür. İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür.

Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

Bildirilib ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir:

“Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirik:

- Şübhəli linklərə daxil olmayın; 

- Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın; 

- Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin; 

- Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. 

Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin.

Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью