Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus müxalifəti ilə əlaqələr üzrə xüsusi nümayəndənin təyin olunması barədə tapşırıq verib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “Avropa Pravda”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, prezidentdən müvafiq tapşırıq alınıb və yaxın vaxtlarda namizədlik təqdim ediləcək. “Hazırda mənə prezident tərəfindən xüsusi nümayəndənin təyin olunması tapşırılıb və yaxın vaxtlarda namizədliyi baxılmaq üçün təqdim edəcəyəm. Bu vəzifənin adını hələ dəqiqləşdiririk, lakin bu, Belarusun demokratik qüvvələri ilə əlaqələr üçün səlahiyyətli vəzifəli şəxs olacaq”, – deyə Sibiqa vurğulayıb.
Nazir əlavə edib ki, Kiyev üçün Belarus müxalifətinin nümayəndələri ilə əlaqələrin qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır.
Aytəkin TOFİQQIZI