“Bu klipdə yaşlandığını hiss etdim...” Video

16.07.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyəli müğənni Hadisə yeni mahnısı “Fırtınam”ı filtrsiz və fotoşopsuz şəkildə oxuduğu videonu instaqram hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı müğənninin üzündəki cizgilər, göz ətrafındakı qırışlar və makiyajı izləyicilərin diqqətini çəkib.

Onun bu halı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəzi sosial media istifadəçiləri Hadisənin klipi ilə bağlı “makiyajı heç uyğun deyil”, “üzündəki qırışlar çox aydın görünür”, “bu klipdə yaşlandığını hiss etdim” kimi şərhlər yazıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью