Bu klub Juninyo üçün “Qarabağ”a 5 milyon təklif etdi

03.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Adı İspaniyanın “Sevilya” klubunun rəsmi transfer siyahısında olan “Qarabağ”ın hücumçusu Juninyo ilə daha bir əcnəbi klub - Braziliyanın “Flamenqo” klubunun maraqlandığı iddia edilib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

Məlumata görə, Rio-De-Janeyronu təmsil edən klub hücumçusu Qabriel Barbozanın gedişinə hazırlaşır və onun əvəzləyicisi qismində Juninyonu görür. Hətta klubun bunun üçün “Qarabağ”a 5 milyon avro təklif etməyə hazır olduğu da bildirilir.

Bu məbləğ “Sevilya”nın “Qarabağ”a təklif etdiyindən artıqdır. Son məlumata görə, “Sevilya” Juninyonun transferi üçün Ağdam klubuna 4 milyon avro (üstəgəl, 500 min bonus) yenilənmiş təklif irəli sürüb.

İspan mediası yazır ki, Braziliya klubunun təklifi “Sevilya”ya problem yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью