Bu klub noyabrın 25də Neymarın keçidini elan edəcək İDDİA

18.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı ulduzu Neymarın yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Sesar Luis Merlo sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, "Əl-Hilal" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcəyi gözlənilən 32 yaşlı ulduz "Santos"la razılığa gəlib. Mənbə Braziliya təmsilçisinin yetirməsinin geri qayıtması barədə ictimaiyyəti noyabrın 25-də, komanda Braziliyanın B Seriyasında son matçını keçirdiyi gün məlumatlandıracağı vurğulanıb.

Ardıcıl zədələr səbəbindən "Əl-Hilal"da ümidləri doğrultmayan Neymarın ərəblərlə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

"Santos" A Seriyasına vəsiqəni təmin edib.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью