Bu klubun prezidenti Londondadır: Salahla müqavilə imzalanır

19.01.2025

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul”un vingeri Məhəmməd Salah və mərkəz müdafiəçisi Vircil van Deyk bu yay müqavilələri başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə yaxındırlar.

Publiak.az xəbər verir ki, bu barədə səudiyyəli idman eksperti Xalid Əl-Şenayf “KSA Sports”a bildirib.

“Bizdə olan məlumata görə, “Əl-Hilal”ın prezidenti Fəhad bin Nafel və Saad Əl-Ləziz (Səudiyyə Peşəkar Futbol Liqasının vitse-prezidenti) hazırda Məhəmməd Salah ilə müqavilənin imzalanmasını başa çatdırmaq üçün Londondadırlar.

Salah 99% “Əl-Hilal”ın oyunçusudur və Vircil van Deyk də buna çox yaxındır. Hər şey razılaşdırılıb, qalan hər iki futbolçu ilə müqavilə imzalamasıdır. Bu transferlər yayda, Klublararası Dünya Çempionatından əvvəl baş tutacaq”, – Xalid Əl-Şenayf bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью