Bu kolbasadan dəmir parçası çıxdı AQTA araşdırmağa başladı

07.04.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Halal Zəhmət" firmasının kolbasasından dəmir parçası çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Nübar Əbil şikayət paylaşıb.

Şikayətçi bildirib ki, "almayın, ailənizə, uşaqlarınıza verməyin".

"Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. Bu kolbasanın artıq yarısı yeyilib, bu məsələyə görə "Halal Zəhmət" firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı".

Məsələ ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, yayılan görüntü AQTA tərəfindən nəzarətə götürüləcək.

"Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər".

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью