Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Masallı Dövlət Regional Kollecinə yeni direktor təyin edilib.
Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə Rövşən Qurbanov gətirilib.
Rövşən Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi)” ixtisası üzrə, magistratura təhsilini isə “Dilşünaslıq (Azərbaycan dili)” ixtisası üzrə alıb.
R.Qurbanov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.
Digər əmrlə Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Sevda Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunun “Toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə başa vurub.
Daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasına qəbul olmuş, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.