Bu komanda da A Seriyasına yüksəldi

02.06.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kremoneze” yenidən A Seriyasına yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, komanda B Seriyasının pley-off final mərhələsinin cavab oyununda “Spetsiya”nı 3:2 hesabı ilə məğlub edib.

Tərəflər arasındakı ilk oyun 0:0 hesablı ilə başa çatdığı üçün “Kremoneze” mərhələni keçib.

Qeyd edək ki, daha öncə “Sassuolo” və “Piza” gələcək mövsüm üçün A Seriyasına yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью