Bu komanda yenə Beşiktaş a qənim kəsildi

20.04.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə çempionatının 32-ci turunda ''Beşiktaş'' ''Göztəpə''nin qonağı oldu.

''Football-plus.az'' xəbər verir ki, ''Göztəpə''nin yanvarın ortalarından bu yana çempionatda qələbəsi olmamasına baxmayaraq İzmir təmsilçisi güclü rəqibinə yenə uduzmadı.
10-cu dəqiqədə Rafa Silva İstanbul nəhəngini hesabda önə keçirdi. Ancaq bu qol qələbə üçün kifayət etmədi. Qonaqları qələbədən məhrum edən isə İsmayıl Köybaşı oldu. 2009-16-cı illərdə məhz ''ağ-qaralar''ın şərəfini qorumuş bu futbolçu ikinci hissənin əvvəllərində baxımlı qol vuraraq yekun nəticəni müəyyənləşdirdi. Bununla da ''Göztəpə'' bu mövsüm 3-cü rəsmi oyunda da ''Beşiktaş''a uduzmadı (2 qələbə, 1 heç-heçə).
İzmirlilər ilk dövrədə İstanbulda 2 erkən qol buraxmalarına rəğmən 4:2 hesablı əzmkar və tarixi qələbə qazanmışdılar. Bundan başqa aprelin əvvəllərində ''Göztəpə'' yenə də sürpriz şəkildə ''qartal''ı səfərdə 3:1 məğlub edərək Türkiyə kubokunda yarımfinala adlamışdı. Bu, son 8 rəsmi oyunda komandanın yeganə qələbəsidi.
Yeri gəlmişkən, ''Göztəpə''nin sonuncu dəfə ''Beşiktaş''a qarşı mövsümün hər iki oyununda uduzmaması faktına 45 il öncə - 1979/80-da rast gəlinib. Həmin vaxt hər iki qarşılaşma bərabərliklə yekunlaşmışdı. ''Göztəpə''nin bu mövsüm debütant statusunda olduğunu da xatırladaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью