“Bu, komandam üçün yaxşı sınaq olacaq”

05.09.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu, komandam üçün yaxşı sınaq olacaq”

“Milan”ın baş məşqçisi Ruben Amorim İtaliya A Seriyasının növbəti turunda “Yuventus”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının çempionata yaxşı başlamasından məmnun olduğunu bildirib. “Milan” mövsümün ilk iki turunda “Torino” və “Venesiya” üzərində qələbə qazanıb.

Amorim oyunçularının onun haqqında söylədikləri fikirlərlə razı olduğunu deyib:

"Mən belə olmağa çalışıram. Oyunçularıma kömək etmək mənim işimdir. Amma meydanda çox çalışmalıyıq. Qələbələr və kuboklar qazanmağın başqa yolu yoxdur. Məşq zamanı və meydanda çox tələbkaram. Lakin meydandan kənarda həm futbolçulara, həm də onların ailələrinə kömək etmək istəyən insanam".

Portuqaliyalı mütəxəssis İtaliyada ilk böyük qarşılaşmasına çıxacağı üçün xüsusi təzyiq hiss etmədiyini vurğulayıb:

"Düşünürəm ki, hər şey insanın özünə yaratdığı təzyiqdən asılıdır. Hər oyunu qazanmalıyıq. Buna görə də böyük oyunların digər qarşılaşmalardan daha vacib olduğunu düşünmürəm. Mövsüm öncəsi bəzi oyunlarda qalib gəlmədik və təzyiq artıq var idi. Böyük klublarda həmişə böyük oyunlar olur. Bu, ötən həftə ilə müqayisədə nə qədər inkişaf etdiyimizi anlamaq üçün yaxşı sınaq olacaq. Üstəlik, səfərdə böyük komanda və böyük məşqçi ilə qarşılaşacağıq. Həyəcanlıyam və komandamın hazır olduğunu düşünürəm. Mən də hazıram. Mənim üçün bu, adi iş günü olacaq və sabah komandamı görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, "Yuventus" - "Milan" qarşılaşması sentyabrın 6-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью