Bu komissiyaların adları dəyişir

10.12.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişir. SİA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью