Bu kompüter oyunları beyini korlayır. Oynamayın!

16.11.2024

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Belə hesab olunur ki, kompüter oyunları beyini məşq etdirir, yaddaşı və diqqəti möhkəmləndirir, yaşlı insanlarda beyinin qocalması proseslərini ləngidir.

Lakin Monreal Universiteti (Kanada) alimləri yeni araşdırma zamanı sübut ediblər ki, bəzi kompüter oyunları (onları "şuter" oyunları adlandırırlar) əksinə beyini korlayır, hipokampın (beyinin yaddaşa cavabdeh olan hissəsi) tükənməsinə gətirib çıxardır. Bunun nəticəsində insanda hətta depressiya və Alsqeymer xəstəliyi inkişaf edə bilər.

Rossiyskaya qazeta xəbər verir ki, mütəxəssislərin fikrinə görə, ən təhlükəli oyunlar arasında: Call of Duty, Killzone, Borderlands 2 və Super Mario kimi oyunlardır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью