Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.
Bakının Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a verilən məlumata görə, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.
Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.