Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Trump Media and Technology Group” (TMTG) ABŞ Prezidenti Donald Trampın adını daşıyan yeni kriptovalyuta buraxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görı, şirkətin ən azı bir səhminin sahibləri token almaq hüququna malik olacaqlar.
“Trump Media” həmçinin, il ərzində qeydiyyatdan keçmiş səhmdarlara vaxtaşırı müxtəlif mükafatlar təklif etməyi planlaşdırır.
Bunlara “Trump Media” məhsulları ilə bağlı güzəştlər və ya endirimlər, yaxud eksklüziv tədbirlərə çıxış daxil ola bilər.
Kriptovalyutanın buraxılması, paylanması və tokenlərin köçürülməsi ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı qeyd edilir.
Şirkət izah edib ki, “Trump Media” səhmdarlarına verilən rəqəmsal tokenlər öz-özlüyündə “Trump Media” və ya hər hansı digər qurumun maraqlarını təmsil etməyəcək.