Bu kriptovalyutanın qiyməti 45 dəfə artacaq

15.12.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Kriptovalyuta bazarının ən böyük koinlərindən olan “Dogecoin” dekabrın 11-də 0,36 dollardan 0,40 dollara qədər bahalaşıb.

Lent.az xəbər verir ki, aparıcı analitiklər “Dogecoin”in qiymətinin qarşıdakı dövrdə 3 dollara, əlverişli bazar şəraitində isə 18 dollara qədər qalxa biləcəyini proqnozlaşdırırlar.

“Dogecoin” texniki göstəricilər üzrə güclü performans göstərir. Kriptovalyuta 50-həftəlik və 200-həftəlik hərəkətli ortalamaların üzərində trenddədir.

İlin ən yüksək səviyyəsi olan 0,4843 dollar mühüm artış nöqtəsi kimi önə çıxır.

Məşhur kriptovalyuta analitikləri “Dogecoin”in yaxın gələcəkdə qiymətinin kəskin artacağını düşünürlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью