Bu küçədə ağaclar avtobusların hərəkətinə əngəl törədir Sürücülər əks yola çıxırlar VİDEO

06.02.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Binəqədi rayonu Abay Kunanbayev küçəsində xoşgəlməz mənzərə hökm sürür. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən küçədə yol kənarındakı ağaclar sürücülərin zolaqla hərəkətini çətinləşdirir. 
Belə ki, irigövdəli ağacların qurumuş budaqları zolaq istiqamətində əyilərək avtobuslara maneə yaradır. Şikayətçi bildirib ki, zolaqla hərəkət etdikləri zaman nəqliyyat vasitəsinun ön alın şüşəsinə və sağ güzgüsü maddi ziyan dəyir. O, vəziyyətdən çıxış yolu kimi, avtobusu əks istiqamətli yola çıxaraq sürdüklərini, lakin bu halda qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratdıqlarını bildirib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью