Bu küçədə cərimə yazırlar: 100 manat

23.04.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Puşkin küçəsində Səməd Vurğun bağı istiqamətindən üzü Hökumət Evi tərəfə, yolun sağ kənarına avtobus zolağı çəkilib.

Milli.Az xəbər verir ki, sözügedən zolaq səhər saat 7-dən axşam saat 10-a qədər qüvvədədir.

Zolağa bu saat aralığında daxil olan sürücülər cərimə olunacaqlar. Zolaqda 1.11 üfüqi nişanlanma xətti çox sonra çəkilib.

Qeyd edək ki, bu da Nizami küçəsindən gələnlərin sıxlıq yaratmasına səbəb olur. Bu cür vəziyyətin yaranmaması üçün çıxış icazəsi əvvəl də verilməli idi. İnzibati Xətalar Məcəlləsinə görə, sürücülərin həmin zolağa daxil olması 100 manat, 2 bal cərimə deməkdir.

Asya
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью