Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Məlik Aslanov küçəsində yol istifadəyə yararsız vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan görünür ki, yol örtüyü aşınıb, müxtəlif hissələrdə dərin çuxurlar yaranıb. Nəticədə ərazidən istifadə edən sürücülər çətinliklə üzləşirlər. Çuxurlara düşməmək üçün manevr edən sürücülər bəzən qarşı hərəkət zolağına çıxmağa məcbur olurlar. Lakin bu da çuxurlardan yayınmağa hər zaman imkan vermir.
Xüsusilə yağışlı havalarda çuxurlar su ilə dolduğundan onların dərinliyini müəyyənləşdirmək çətinləşir. Bu isə yolda hərəkəti daha da mürəkkəbləşdirir.
Sakinlər bildirirlər ki, problem uzun müddətdir davam etsə də, indiyədək yolun təmiri ilə bağlı hər hansı tədbir görülməyib. Onlar yaranmış vəziyyətin həm sürücülər, həm də ərazidə yaşayan insanlar üçün ciddi narahatlıq yaratdığını qeyd edirlər.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229017.html