Bu küçədə digər 2 zolaqda hərəkət edənlər 40 manat cərimələnə bilər VİDEO | Icma.az
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın mərkəzində, 28 May küçəsində çəkilən bu görüntülər sosial şəbəkələrdə müzakirə doğurub.
Avtosfer.az xəbər verir ki, yol nişanlanması ilə bağlı yaranan vəziyyət sürücüləri çaşqınlığa salır.
Belə ki, yerdə xətlənən işarələrə əsasən, sağ və orta zolaq yalnız sağa dönmək üçündür.
Buna görə də sürücülər məcburiyyət qarşısında qalaraq düzünə getmək üçün sol zolağa çıxırlar.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məsələ ilə bağlı bildirib ki, bu, sırf yol nişanlanmasının düzgün tərtib olunmamasından irəli gələn problemdir: “Biz 28 May küçəsindəyik.
Biz düzünə gedəcəyik, amma sol zolağı tutmuşuq. Bilirsiniz niyə? Çünki orta zolaqda da, sağ zolaqda da düzünə işarəsi yoxdur.
Sağa yalnız işarə var. Əgər biz orta zolaqdan və ya sağ zolaqdan düzünə getsək, bizi yol polisi saxlayacaq və 40 manat cərimə yazacaq.
Tam oxu
Xəbəri oxu