Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir VİDEO

20.02.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yolun vəziyyəti sürücülərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” xəttinə videomaterial göndərərək məlumat verib.

Kadrlardan aydın görünür ki, küçənin müxtəlif hissələrində dərin çuxurlar əmələ gəlib.

Nəticədə həmin istiqamətdə hərəkət edən sürücülər nəqliyyat vasitələrini çalalardan yayındırmaqda çətinlik çəkir, bu isə avtomobillərin ehtiyat hissələrinə maddi ziyan vurur.

Şikayətçinin sözlərinə görə, problem uzun müddətdir davam edir. Lakin mövcud vəziyyətlə bağlı hələ də tədbir görülmür.

O, həmçinin bildirib ki, sözügedən küçəyə bitişik ara yollar da yararsız vəziyyətə düşüb və bəzi hissələr tamamilə sıradan çıxıb.

Nərmin

Oxunub 32

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью