Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, artıq bu küçə bir tərəfli yol kimi fəaliyyət göstərəcək. Əvvəl Həsən Əliyev küçəsi ilə kəsişməyə qədərki hissədə hərəkət iki istiqamətli idi. Buna görə də tez-tez həmin hissədə tıxac yaranır. İndi yalnız bir istiqamətdə hərəkət üçün nişanlar və yerdə istiqaməti göstərən xətlərdə dəyişiklik edilib. Dəyişikliyin məqsədi həmin ərazidə yaranan sıxlığın aradan qaldırılması və nəqliyyat axınının daha nizamlı şəkildə tənzimlənməsidir.
Lakin bəzi sürücülərin hələ də bu yenilikdən xəbərsiz olması nəticəsində ərazidə müəyyən çaşqınlıqlar müşahidə olunur. Bu isə həm yol hərəkətinin təhlükəsizliyinə, həm də ümumi axına mənfi təsir göstərir.
Aidiyyəti qurumlar sürücülərə xəbərdarlıq edərək bildiriblər ki, yeni təşkil olunan hərəkət sxeminə əməl etməyənlər inzibati məsuliyyət daşıyacaqlar. Sürücülərdən isə xahiş olunur ki, küçədə quraşdırılmış yeni nişanlara diqqət yetirsinlər və qaydalara uyğun hərəkət etsinlər.
Eltac Zülfüqaroğlu